www.roya.ru.tp
ÇAT
Bölmeler
Axtariş
İndi sayitda:

Ümumi: 1
Qonaq: 1
İstifadeçi: 0
Ana Sehife » Xəbərlər » Hekayeler » Hekayeler

İSTƏYİRƏM Kİ...
                               İSTƏYİRƏM Kİ...

  Bu gün səni fikirləşirdim. Sadəcə elə zənn etdim ki, qarşımda dayanmısan və bütün qüvvəmi toplayıb sənin haqqında düşündüklərimi sənə demək istədim. İstəyirəm ki, qəlbimdəki hər titrəyişimi, ürəyimdəki həyəcanımı, sənin adını səsləndirdiyimdə dodaqlarımın qəfil qaçışını, sənin haqqında danışdığımda gözlərimin parıltısını duyasan. İstəyirəm ki, səni necə uca tutduğumu, mənim üçün nə qədər dəyərli olduğunu, səni hamıdan hətta özündən belə gizlədib, özlüyümdə necə əzizlədiyimi biləsən. İstəyirəm ki, sənin üçün necə darıxdığımı, sənə nə qədər ehtiyacım olduğunu biləsən. İstəyirəm ki, hər səhər açılanda gözlərimi ilk açdığımda səni görəm, hər gecələrimi səninlə bitirəm sabahlarımı yenidən səninlə başlamaq üçün. İstəyirəm ki, hər zaman yanında olub o fərəhli anlarında gözlərindəki o sevinci səninlə bölüşüm. Lakin istəmədiyim bir şey var! İstəmirəm ki, o gözəl gözlərində qəm, o sakit həzin baxışında tufanlı bir dəniz görəm, Hətta mənə çətin olsa belə mən onda da səninlə olmaq istəyirəm, o çılğınlı dalğaları belə yarıb, səninlə sahilə qovuşmaq istəyirəm. İstəyirəm ki, mən hər zaman sənin yanında olum. Bilmirəm bəlkə də çox şey istəyirəm. Ancaq yenə də istəyirəm ki...

                                                       
CAHAN 12.09.2010.

Bölmə: Hekayeler | Müəllif: firdovsi171 (27 Oktyabr 10) | REDAKTOR: Cahan171
Baxilib: 874
Ümumi şərhlərin sayı: 0
avatar
..................
TƏQVİM
- ..::S A Y T D A O L U B::..-
Yeni Xeberler
Əzizim
cahan171 /17 İyun 11/
D U M A N
firdovsi171 /27 Oktyabr 10/
İSTƏYİRƏM Kİ...
firdovsi171 /27 Oktyabr 10/
Tapmiram indi
cahan171 /17 Aprel 10/
şer
firdovsi171 /25 Yanvar 10/
Pəncərə
cahan171 /25 Yanvar 10/
Özümüz haqqında ne bilirik?
firdovsi171 /25 Yanvar 10/
Kompüter haqqinda maraqli sual-cavab_6
firdovsi171 /15 Yanvar 10/
Kompüter haqqinda maraqli sual-cavab_5
firdovsi171 /15 Yanvar 10/
Oguzhan Koc - Domuz Gribi
firdovsi171 /15 Yanvar 10/
RÖYA-KAŞ.mp3
firdovsi171 /11 Yanvar 10/
Copyright MyCorp © 2024Хостинг от uCoz