www.roya.ru.tp
ÇAT
Bölmeler
Axtariş
İndi sayitda:

Ümumi: 1
Qonaq: 1
İstifadeçi: 0
Ana Sehife » Xəbərlər » Hekayeler » Hekayeler

SEVDIYINƏ GÖRƏ INTIHAR EDƏN QIZ
                                    SEVDIYINƏ GÖRƏ INTIHAR EDƏN QIZ

              Səhər duranda o özünü çox pis hiss edirdi... Bu gün 2 illik sevgisinə son qoyacaqdı.. Əslində bunu etməkdə gecikmişdi...
"Bitməlidir!" - dedi icində. " Hər an bu dadsız oyanma bitməlidir..."
Gənc oğlan bunları düşündükcə sifəti səkildən-səklə düşürdü. Cəld geyinərək çölə çıxdı. Bu günə qədər onu hec vaxt gözlətməmişdi,indi də gözlətməməliydi. Kuləkli və yagmurlu sentyabr səhəri idi. Gənc oğlan səmaya baxaraq içini cəki:"Buludlarda bizim nə yaşayacağımızı bilir,onlar belə halımıza ağlayır..."
Danışdıqları yere catdı. Bir nece dəqiqə gözlədikdən sonra, sevgilisini gördü... Yol boyu susurdular. Gənc qız sevgilisinin bu halını başa düşmürdü. Haradan biləcəkdi ki, bu gün ayrılıq zəngləri calınacaq. Parkda 1 kafedə oturdular. Gənc qız başa düşmürdüki sevgilisi ona nəsə demək istəyir.
"Mənə nəsə demək istəyirsən?" dedi qız . 
Gənc oglan icini cekdikden sonra "Səncə, biz nə vaxtadək bir yerdə olacagıq?" - deyə soruşdu. Gənc qız hecnə anlamadı. Gənc oglan sozə başladı...
"Bir necə ay əvvəl gecə 11də zəng edib sənə yazdıgım şeiri oxumaq istəmişdim". Sənsə mənə "Indi vaxtıdır, işin-gicün yoxdur?" demişdin. Bilirsən o vaxt özümü lazımsız hiss etdim. Üzr istəyib dəstəyi yerə qoydum. Daha sonra bu şeiri məndən istəmədin...xəstə olub yataga duşəndə dostlarımla birgə sən də məni görməyə gəlmişdin. Onların "Sən bəxtəvərsən,sevgilin sənə baxar" sözünə, "Işim yoxdur məgər,sənə baxacam,anan gəlib baxsin!" demişdin. Yadına düşdümü? 
Gənc qız "Bilirsən,mən hissiyata qapılmağı sevmirəm. Həm də xəstəyə qulluq edənə də oxşamıram" -dedi. 
Gənc oğlan güldü: "Bəli,canım,haqlısan. Hec istəsən də urəyinlə xəstə baxıcısı ola bilməzsən". Oglan davam etdi..
"Mənə bu vaxta qədər necə dəfə sevgi sozlərindən ibarət mesaj yazdın?.. Hec vaxt! Hətta gün ərzində yazmadın. Həssas olmaya bilərsən,ancaq sən səni sevən insanları xoşbəxt etməyi də sevmirsən. Halbuki, mən tam əksinə, özümdən cox, insanları xoşbəxt etməyi sevirəm. Səninlə mən ağla qara kimiyik..."
Gənc qız başa düşmürdü: "Mənim şair olmağımı istəyirsən? 
Gənc oglan yenə icində gülümsədi . Dünən gecə verdiyi ayrılıq qərarının nə qədər doğru olduğunu düşünürdü ." Xeyr " - dedi . "Şair olmağını istəmirəm. Olmazsan da... Biz ayrılmalıyıq, Ayrılmaq hər ikimiz ücün yaxşı olar".
Gənc qız caşıb qalmışdı: "Axı niyə? Mən səni sevirəm. Sənində məni sevdiyini bilirdim." 
Gənc oğlan icini çəkərək : " Xeyr , canim , sən məni sevdiyini zənn edirsən . Əgər məni sevsəydin , indi başqa cür danışardın " - dedi .
Gənc qızın gözləri yaşarmışdı. Oğlan ona cibindən bir dəsmal çıxarıb uzatdı. 
Qız göz yaşlarını silərək: "Yəqin ki,məni bir başqasına görə atmırsan..." -dedi.
Oğlan:"Bunu necə düşünə bilərsən,səndən başqa həyatımda heç kim olmayıb və uzun zaman da olacağına inanmıram", - deyə cavab verdi.
Onlar iki sevgili kimi oturduqlari kafedə artıq iki yad idilər. Bir neçə dəqiqə dinməzcə oturduqdan sonra gənc qız, 
"Istəyirsən gedək", - dedi. 
Gənc oğlan: "Mən biraz oturacağam,sən get", -dedi. 
Qız: "Yaxşı,sənə xoşbəxtlik arzulayıram" deyərək, əlini uzatdı. Onun səsi və əlləri titrəyirdi. 
Oğlan,"Istəsən dost ola bilərik", - dedi və son dəfə qucaqlaşdılar. 
Gənc oğlan düz addım atdığına inanırdı. Axşam evə cox yorğun döndü. Otağına girdi. Sabah erkəndən işə durmalı idi,ona görə də yatmağa çalışırdı. Bir neçə saatdan sonra yuxuya getdi.
Səhər 7-də saatın zənginə oyandı. Evdən çıxanda cib telefonuna baxdı. Mesaj və 10 cavabsız zəng vardı. Yorğun olduğu üçün zəng səsini eşitməmişdi. Zənglər və mesaj sevgilisindən idi. Həyacanla mesajı açdı,bunlar yazılmışdı:

"Sadəcə onları sevməyi sevdim,
Hamısını onlarsız yaşasam da,
Bir səni sənsiz yaşaya bilmirəm,
Bu eşqi tək qəlbdə daşıya bilmirəm.
Səni əmin edirəm,gözəl gözlüm,
Bir tək səni sevdim
Və səni sevərək oləcəyəm...
Əlvida , SEVGILIM...."

Gənc oğlan caşıb qalmışdı. Onu tanıdığından bəri ilk dəfə belə mesaj alırdı,özü də səhər saat 5-də yazmışdı. Həyacanla ona zəng etdi,zəngə yad səs cavab verdi. "Sevda ilə danışa bilərəmmi?" dedi. Amma qarşıdakı ağlayırdı,həm də hıçqıra-hıçqıra... "Mən onun anasıyam, oğlum. Qızım bu səhər intihar edib. Gecə səhərə qədər kiminsə telefon nomrəsin yığıb. Səhər otağının işiğının sönməmiş görüncə girdim. Balam özünü asmışdı..."
Gənc oğlan beynindən vurulmuşa döndü. Yerində yıxılıb qaldı.
Bir necə aydan sonra iki həkim xəstəxanada söhbət edirdilər. Biri digərindən qarşıdakı xəstənin vəziyyətini soruşdu. Həkim: "Hə,onu 3ay əvvəl gətiriblər. Onun üzündən bir qız intihar edib. O gündən bəri cib telefonunu əlindən yerə qoymur. Mesajlar yazib kiməsə yollayır... Otən gün marağımdan o yuxudaykən mesaj göndərdiyi nömrəni yığdım.Nömrə ləğv edilib. Gələn mesajlarda bir şeir var. Başa düşdüm ki, şeiri yazan adam cox həssas adam olub……

Bölmə: Hekayeler | Müəllif: firdovsi171 (23 Dekabr 09)
Baxilib: 755
Ümumi şərhlərin sayı: 0
avatar
..................
TƏQVİM
- ..::S A Y T D A O L U B::..-
Yeni Xeberler
Əzizim
cahan171 /17 İyun 11/
D U M A N
firdovsi171 /27 Oktyabr 10/
İSTƏYİRƏM Kİ...
firdovsi171 /27 Oktyabr 10/
Tapmiram indi
cahan171 /17 Aprel 10/
şer
firdovsi171 /25 Yanvar 10/
Pəncərə
cahan171 /25 Yanvar 10/
Özümüz haqqında ne bilirik?
firdovsi171 /25 Yanvar 10/
Kompüter haqqinda maraqli sual-cavab_6
firdovsi171 /15 Yanvar 10/
Kompüter haqqinda maraqli sual-cavab_5
firdovsi171 /15 Yanvar 10/
Oguzhan Koc - Domuz Gribi
firdovsi171 /15 Yanvar 10/
RÖYA-KAŞ.mp3
firdovsi171 /11 Yanvar 10/
Copyright MyCorp © 2024Хостинг от uCoz