Əzizim səni bircə dəfə görüb, sənə toxuna bilərdim. Kaş əllərini tuta bilərdim,sənin toxunuşuna bilirsən necə həsrətəm? O gözəl gözlərinə baxıb səni doyunca qucaqlaya bilərdim,kaş ətrini duya bilərdim!
Yenə uzaq yollarda görünməz oldun sən. Həyatda itirmişəm izini, səni yalnız xəyallarımda tapıram. Yenə göy üzünü bürüyüb duman, yenə dağlar arxanda görünməz oldu. Bilirsən, səni havaya bənzədirəm, gah tutulub gah açılırsan. İstəyirəm göy guruldasın, şimşək çaxsın, duman yox olsun. Üzümə çilənsin damcıları, mən axı yağışı çox sevirəm.
Bu gün səni fikirləşirdim. Sadəcə elə zənn etdim ki, qarşımda dayanmısan və bütün qüvvəmi toplayıb sənin haqqında düşündüklərimi sənə demək istədim. İstəyirəm ki, qəlbimdəki hər titrəyişimi, ürəyimdəki həyəcanımı, sənin adını səsləndirdiyimdə dodaqlarımın qəfil qaçışını, sənin haqqında danışdığımda gözlərimin parıltısını duyasan.
Bu gün necədə gözəlsən təbiət. Səndə işıq saçırsan, yəqin günəşinə qovuşmusan , mənim kimi. Mənim də xoşbəxtliyim hamının diqqətini çəkir, sənin kimi. Səndə qəfil yağışı çox sevirəm, birdən tutulub birdən açılırsan. Lakin mənim yayımda heç şimşək çaxıb, yağış yağmasını istəmirəm. Çox qorxuram onu yağışın yuyub aparmasından. Görəsən səndə fəsillərin dəyişdiyi kimi məndə də hər şey dəyişəcəkmi? Yayımın payıza çevrilməsini istəmirəm. Bilirsən niyə?