İndi sayitda: |
|
Ümumi: 1 Qonaq: 1 İstifadeçi: 0 | |
|
|
| | |
|
Öyrədəcəm özümü
Öyrədəcəm özümü
Qorxuramki ayrılacaq bu yollar
Ayıracaq izlərindən izimi
Tək qalacam bir mən birdə divarlar
Sənsizliyə öyrədəcəm özümü
Ayrılıq bu qədər də sadəydimi
Gör mənə taleyim boyun əydimi
Əllərimə yad əlləri dəydimi
Əlsizliyə öyrədəcəm özümü
Demərəm sevirəm daha heç kəsə
Qoymaram xatirən sözümdən küsə
Dilim məcbur olub sevirəm desə
Dilsizliyə öyrədəcəm özümü
Bənövşələr məcbur boynun əyməmiş
Gecələrdə məcbur qara geyməmiş
Tellərimə yad nəfəsi dəyməmiş
Telsizliyə öyrədəcəm özümü
Düşünməki ayrılarsa bu yollar
Qəlbimdəki yuvan uçub daqılar
Yalansa da qurub sənli xəyallar
Sənsizliyə öyrədəcəm özümü
CAHAN
|
Bölmə: Söz ve Şer | Müəllif: cahan171 (03 Yanvar 10)
| REDAKTOR: free
|
Baxilib: 353
|
| |
| | |
|
TƏQVİM |
|
-
..::S A Y T D A O L U B::..-
| |
|
Yeni Xeberler |
| cahan171 /17 İyun 11/ firdovsi171 /27 Oktyabr 10/ firdovsi171 /27 Oktyabr 10/ cahan171 /17 Aprel 10/ firdovsi171 /25 Yanvar 10/ cahan171 /25 Yanvar 10/
firdovsi171 /25 Yanvar 10/ firdovsi171 /15 Yanvar 10/ firdovsi171 /15 Yanvar 10/ firdovsi171 /15 Yanvar 10/ firdovsi171 /11 Yanvar 10/ | |
|
|