www.roya.ru.tp
ÇAT
Bölmeler
Axtariş
İndi sayitda:

Ümumi: 1
Qonaq: 1
İstifadeçi: 0
Ana Sehife » Xəbərlər » Söz ve Şer » Söz ve Şer

Toxunma
               Toxunma
 
Gör necə göynədir bu həsrət məni
Ağırdır çəkənə intizar qəmi
Kədərli anımda yaz seli kimi 
Gözümdə çağlayan selə toxunma

İlahi! necə dərd necə qəmdir bu
Dərd deyil ömrümə bir həmdəndir bu 
İçimi sızladan hansı simdir bu
Qəlbimdə titrəyən telə toxunma

Gizli hissim kimi lal olub dilim 
Qəmim ağır olub bükülüb belim
Sənə yox həsrətə körpüdü əlim 
Qəhərdən tutulan dilə toxunma

Sənsizlik kor edib görən gözümü
Tanıya bilmirəm özüm özümü
Ayrılıq öyrətdi mənə dözümü
Həzin layla çalan yelə toxunma

Məskənin ürəyim sakini sənsən
Bu mənim sirrimdir səndə biləsən 
Sənki ürəyini mənə vermisən 
Onun sığındığı yerə toxunma

Gün aya dönəcək ay il olacaq
Illər bu sirrimi çox qoruyacaq
Puç etdin hər şeyi deyirəm ancaq 
Tək mənim olacaq sirrə toxunma

                                                                           CAHAN

Bölmə: Söz ve Şer | Müəllif: cahan171 (11 Yanvar 10) | REDAKTOR: Cahan
Baxilib: 587
Ümumi şərhlərin sayı: 0
avatar
..................
TƏQVİM
- ..::S A Y T D A O L U B::..-
Yeni Xeberler
Əzizim
cahan171 /17 İyun 11/
D U M A N
firdovsi171 /27 Oktyabr 10/
İSTƏYİRƏM Kİ...
firdovsi171 /27 Oktyabr 10/
Tapmiram indi
cahan171 /17 Aprel 10/
şer
firdovsi171 /25 Yanvar 10/
Pəncərə
cahan171 /25 Yanvar 10/
Özümüz haqqında ne bilirik?
firdovsi171 /25 Yanvar 10/
Kompüter haqqinda maraqli sual-cavab_6
firdovsi171 /15 Yanvar 10/
Kompüter haqqinda maraqli sual-cavab_5
firdovsi171 /15 Yanvar 10/
Oguzhan Koc - Domuz Gribi
firdovsi171 /15 Yanvar 10/
RÖYA-KAŞ.mp3
firdovsi171 /11 Yanvar 10/
Copyright MyCorp © 2024Хостинг от uCoz