www.roya.ru.tp
ÇAT
Bölmeler
Axtariş
İndi sayitda:

Ümumi: 1
Qonaq: 1
İstifadeçi: 0
Ana Sehife » Xəbərlər » Söz ve Şer » Söz ve Şer

Əlvida

                      Əlvida

Qoşa yollarımız bura qədərmiş
Susmuş dodaqımda donub son vida
Sənə qal deməyim demə hədərmiş
Gedirsən get, nə deyirəm ƏLVIDA

Illər xəyal edər bu həqiqəti
Sənə unutdurar dərdi möhnəti
Ömürlük pay verib mənə həsrəti
Gedirsən get, nə deyirəm ƏLVIDA

Bu imiş eşqinin axır qərarı
Qırıldı sevgimin o şax vüqarı
Ömrümə qış edib yazı baharı
Gedirsən get, nə deyirəm ƏLVIDA

Həyat üzərimə acı selləmiş 
Həsrətin asanı demə dilləmiş 
Vüsal ürəyimi sevindirməmiş
Gedirsən get, nə deyirəm ƏLVIDA

Son vida qar olub dondu telimdə
"Əlvida” söylədim döndü dilimdə
Əksini qoyaraq bəbəklərimdə
Gedirsen get, nə deyirəm ƏLVIDA

Sən ey ürəyimin ilkin nübarı
Bizki qəlbimizi bölmüşük yarı
Götürüb qəlbimi yarıba-yarı  
Gedirsən get, nə deyirəm ƏLVIDA

Niyə "qal” deməyim niyə "qal” deyim
Alcalan eşqimə necə əyilim
"ƏLVIDA” deməyə gəlməyir dilim
Gedirsən get, nə deyirəm ƏLVIDA

                                                                            CAHAN


Bölmə: Söz ve Şer | Müəllif: cahan171 (03 Yanvar 10) | REDAKTOR: Cahan
Baxilib: 637
Ümumi şərhlərin sayı: 0
avatar
..................
TƏQVİM
- ..::S A Y T D A O L U B::..-
Yeni Xeberler
Əzizim
cahan171 /17 İyun 11/
D U M A N
firdovsi171 /27 Oktyabr 10/
İSTƏYİRƏM Kİ...
firdovsi171 /27 Oktyabr 10/
Tapmiram indi
cahan171 /17 Aprel 10/
şer
firdovsi171 /25 Yanvar 10/
Pəncərə
cahan171 /25 Yanvar 10/
Özümüz haqqında ne bilirik?
firdovsi171 /25 Yanvar 10/
Kompüter haqqinda maraqli sual-cavab_6
firdovsi171 /15 Yanvar 10/
Kompüter haqqinda maraqli sual-cavab_5
firdovsi171 /15 Yanvar 10/
Oguzhan Koc - Domuz Gribi
firdovsi171 /15 Yanvar 10/
RÖYA-KAŞ.mp3
firdovsi171 /11 Yanvar 10/
Copyright MyCorp © 2024Хостинг от uCoz