Bu gün necədə gözəlsən təbiət. Səndə işıq saçırsan, yəqin günəşinə qovuşmusan , mənim kimi. Mənim də xoşbəxtliyim hamının diqqətini çəkir, sənin kimi. Səndə qəfil yağışı çox sevirəm, birdən tutulub birdən açılırsan. Lakin mənim yayımda heç şimşək çaxıb, yağış yağmasını istəmirəm. Çox qorxuram onu yağışın yuyub aparmasından. Görəsən səndə fəsillərin dəyişdiyi kimi məndə də hər şey dəyişəcəkmi? Yayımın payıza çevrilməsini istəmirəm. Bilirsən niyə?
Səhər duranda o özünü çox pis hiss edirdi... Bu gün 2 illik sevgisinə son qoyacaqdı.. Əslində bunu etməkdə gecikmişdi... "Bitməlidir!" - dedi icində. " Hər an bu dadsız oyanma bitməlidir..." Gənc oğlan bunları düşündükcə sifəti səkildən-səklə düşürdü. Cəld geyinərək çölə çıxdı. Bu günə qədər onu hec vaxt gözlətməmişdi,indi də