Əzizim səni bircə dəfə görüb, sənə toxuna bilərdim. Kaş əllərini tuta bilərdim,sənin toxunuşuna bilirsən necə həsrətəm? O gözəl gözlərinə baxıb səni doyunca qucaqlaya bilərdim,kaş ətrini duya bilərdim!
Sen! Sen dedikde duwuncelerimde cox qisa yawadiqim amma butun heyatima beraber bir sehne canlanir.
Qiwima bahar getirdin. Sen! Aqaclar ciceklendi, guller acdi, qiwin oqlan caqinda yazi yawatdin
mene. Sen! Sevdim, sevildim, indi de sevirem. Lakin sen deyiwdin.
Yenə uzaq yollarda görünməz oldun sən. Həyatda itirmişəm izini, səni yalnız xəyallarımda tapıram. Yenə göy üzünü bürüyüb duman, yenə dağlar arxanda görünməz oldu. Bilirsən, səni havaya bənzədirəm, gah tutulub gah açılırsan. İstəyirəm göy guruldasın, şimşək çaxsın, duman yox olsun. Üzümə çilənsin damcıları, mən axı yağışı çox sevirəm.
Bu gün səni fikirləşirdim. Sadəcə elə zənn etdim ki, qarşımda dayanmısan və bütün qüvvəmi toplayıb sənin haqqında düşündüklərimi sənə demək istədim. İstəyirəm ki, qəlbimdəki hər titrəyişimi, ürəyimdəki həyəcanımı, sənin adını səsləndirdiyimdə dodaqlarımın qəfil qaçışını, sənin haqqında danışdığımda gözlərimin parıltısını duyasan.